Naomi Kempbelin 67 yaşlı anası bikini reklamına çəkildi FOTO


Digərləri 12 İyn 2019 11:42:00 304 0

Naomi Kempbelin 67 yaşlı anası bikini reklamına çəkildi  FOTO

49 yaşlı Naomi Kempbell bu günə qədər də dünya podiumlarının sevilən simasıdır.

Son.az ölkə.az-a istinadən bildirir ki, Naominin 67 yaşlı anası qızından geri qalmır. Valeri-Morris-Kempbell məşhur bir brendin reklamına çəkilib. O, bikinini reklam edib. Valeri özü bu barədə deyib:

"Hazırda həyatımda elə dövrdür ki, istədiyim işlə məşğul olmalıyam və özümü düşünməliyəm. Bu, məni ruhlandırır. 67 yaşda kupalnikdə foto çəkdirməyə necə yanaşıram? Niyə də yox? Qocalmaq o demək deyil ki, çimərlikdə və ya istirahətdə özünü gizlətməlisən. Mənim üçün bu rahatlıqdır".

Qeyd edək ki, Naomi bir neçə dəfə anası ilə birlikdə podium çıxıb.


Xəbərə aid foto