“Hercai”nin məşhur ulduzu haqda bilmədikləriniz FOTO


Digərləri 12 İyn 2019 11:46:00 258 0

“Hercai”nin məşhur ulduzu haqda bilmədikləriniz  FOTO

Akın Akınözünün məşhur aktrisa Özlem Akınözünün oğlu olduğu məlum olub

ATV-də yayımlandığı gündən etibarən Türkiyədə böyük bir izləyici auditoriyası toplayan "Hercai" serialının baş rol qəhrəmanı Akın Akınözü haqqında yeni faktlar üzə çıxıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Akın Akınözünün məşhur aktrisa Özlem Akınözünün oğlu olduğu məlum olub.

Miran obrazı ilə qəlblərə yol tapan yaraşıqlı aktyor 1990-cı ilə Ankarada dünyaya gəlib. "Hercai" serialı ilə ulduzu parlayan aktyor Türkiyə mətbuatına verdiyi müsahibəsində etiraf edib ki, anasının davamlı səyləri nəticəsində kino və serial sektoruna qatılmağa qərar verib. Əslində isə Akın Akınözü tamamilə fərqli bir peşə üzrə təhsil alıb.

Məşhurun sözlərinə görə, aktyor olmağı heç vaxt arzulamayıb. Amerikada riyaziyyat məzunu olan A.Akınözü anasının təşviqi ilə peşəsini dəyişib. Akın Akınözünün anası onun konservatoriyaya daxil olmasını istəyib, amma oğlu riyaziyyatı seçib. Riyaziyyat üzrə magistr dərəcəsini bitirən Akınözü anasının təkidlərindən sonra kino sahəsinə atılmağa qərar verib.


Xəbərə aid fotolar