Çimnaz: "Hamınıza həzz dolu gecə arzulayıram"


Şou-biznes 12 İyn 2019 11:33:00 211 0

Çimnaz: "Hamınıza həzz dolu gecə arzulayıram"

Aktrisa Çimnaz Sultanovanın dekolteli libası sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub.

Son.az axşam.az-a istinadən bildirir ki, o, tənqidlərə əhəmiyyət vermədiyini bildirib:

"Ətrafda nə qədər çirkab, dedi-qodu, intriqa, paxıllıq və qəddarlıq var. Amma bütün bunlar məni, sadəcə, əyləndirir. Yaxşı insan olmağa, özünüzü sevməyə, həyatdan zövq almağa çalışın. Həyatın hər dəqiqəsindən zövq almağa çalışın. Özünüzü sevin və onunla məşğul olun. Onda həyat sizə də gözəl olacaq. Hamıya sevgi ilə dolu, isti və həzz alacağı gecə arzulayıram".