Azay Quliyev: Bu, region dövlətləri və xalqlarına yaxşı heç nə vəd etmir


Digərləri 12 İyn 2019 11:18:00 57 0

Azay Quliyev: Bu, region dövlətləri və xalqlarına yaxşı heç nə vəd etmir

Təəssüflər olsun ki, bizim region da uzun müddətdir ki, bu cür problemlər və təhdidlərlə üz-üzə qalıb, bütün cəhdlərə baxmayaraq, ATƏT ərazisindəki, xüsusilə də Cənubi Qafqazdakı münaqişələr öz həllini tapmayıb

Bakı. Elçin Mehdiyev - Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginliyin zəifləməsinə və yeni yaranmış münaqişələrin tezliklə həll ediləcəyinə olan kövrək ümidləri doğrultmadı, əksinə, dünyada xüsusi ilə ATƏT ərazisində dövlətlərarası münaqişələr alovlanmağa, beynəlxalq terrorçuların, silahlı ekstremistlərin, separatçıların fəaliyyəti daha geniş vüsət almağa, məcburi köçkün və qaçqınların, qanunsuz miqrasiyanın sayı kəskin artmağa başladı və bu neqativ hal indi də davam etməkdədir. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfrasında deyib. O bildirib ki, sülhün, kollektiv təhlükəsizliyin və əməkdaşlığın qarantı rolunda çıxış edən, ölkələr üçün davranış qaydaları və öhdəlikləri müəyyənləşdirən beynəlxalq hüququn böhranı aşkar şəkildə özünü büruzə verir: "Təəssüflər olsun ki, bizim region da uzun müddətdir ki, bu cür problemlər və təhdidlərlə üz-üzə qalıb, bütün cəhdlərə baxmayaraq, ATƏT ərazisindəki, xüsusilə də Cənubi Qafqazdakı münaqişələr öz həllini tapmayıb, sülh və təhlükəsizlik bu bölgədə hələ də təmin olunmayıb. Bu isə yeni fəlakətlərə, daha təhlükəli və dağıdıcı nəticələr doğuran qarşıdurmalara gətirib çıxara bilər ki, bu da bizi, xüsusilə də beynəlxalq ictimaiyyəti narahat etməlidir". A.Quliyev qeyd edib ki, bölgədə həll olunmayan münaqişələrlə bağlı yaranan hazırkı gərgin vəziyyətin bir sıra səbəbləri var: "Bu səbəblərdən biri də geosiyasi maraqların bu regionda kəskin toqquşması, problemin həllinə yönəlik təşəbbüslərin monopoliyada saxlanmaq cəhdi və beləliklə, bir sıra regional və qlobal oyunçuların sülh yaratma missiyasından kənarda qalmasıdır. Bu isə region dövlətləri və xalqlarına yaxşı heç nə vəd etmir. Ona görə də düşünürəm ki, mövcud çağırışların birgə həlli, regionda sülh və təhlükəsizliyin bərqərar olması naminə beynəlxalq təşkilatların, regional və qlobal güclərin əməkdaşlıq və dialoq imkanlarının genişləndirilməsinə, bu istiqamətdə yeni yanaşmalara və təşəbbüslərə ciddi ehtiyac var. Bu baxımdan ATƏT PA-nın iştirakı ilə Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament konfransının Bakıda keçirilməsinin, Almaniya, Türkiyə və Azərbaycandan olan parlamentarilərin ilk dəfə olaraq belə formatda bir araya gələrək regionu narahat edən məsələləri müzakirə etməyə başlamasının çox böyük əhəmiyyəti və perspektivi var". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Kişi onunla yatmaq istəməyən sevgilisini öldürüb, like
  • 12 İyn 11:15  
Dünya Kişi onunla yatmaq istəməyən sevgilisini öldürüb,

Avstraliyada dəhşətli qətl hadisəsi törədilib.

arrow Ətraflı
Əli Əhmədov: Heydər Əliyev xalqımızı acı tale yaşamaqdan xilas etdi like
  • 12 İyn 11:13  
Digərləri Əli Əhmədov: Heydər Əliyev xalqımızı acı tale yaşamaqdan xilas etdi

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra kati

arrow Ətraflı
Atasının hotelində yeniyetmə qızı zorlayan hakim qarşısına çıxarılacaq like
  • 12 İyn 11:10  
Kriminal Atasının hotelində yeniyetmə qızı zorlayan hakim qarşısına çıxarılacaq

Bakıda hoteldə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya se

arrow Ətraflı
Deputat Əflatun Amaşov Saatlıda seçicilərlə görüşüb like
  • 12 İyn 11:07  
Digərləri Deputat Əflatun Amaşov Saatlıda seçicilərlə görüşüb

İyunun 11-də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərb

arrow Ətraflı
Milli Məclisdə ATƏT PA ilə birgə regional təhlükəsizlik məsələləri müzakirə edilir like
  • 12 İyn 11:02  
Digərləri Milli Məclisdə ATƏT PA ilə birgə regional təhlükəsizlik məsələləri müzakirə edilir

Bakıda Azərbaycan Milli Məclisinin təşkilatçılığı və ATƏT Parlament

arrow Ətraflı
Rihanna: "Ana olmaq istəyirəm” like
  • 12 İyn 11:01  
Digərləri Rihanna: "Ana olmaq istəyirəm”

31 yaşlı dünya ulduzu Rihanna "Interview Magazine" jurnalı üçün

arrow Ətraflı
Ərdoğan sabah Nazirlər Kabinetini toplayır – NİYƏ? like
  • 12 İyn 10:53  
Digərləri Ərdoğan sabah Nazirlər Kabinetini toplayır – NİYƏ?

ABŞ-ın S-400-lə bağlı məktubundan sonra Türkiyənin atacağı addımlar m

arrow Ətraflı
Sumqayıtda sərnişin avtobusu qəza törətdi  VİDEO like
  • 12 İyn 10:52  
Digərləri Sumqayıtda sərnişin avtobusu qəza törətdi VİDEO

Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeyd

arrow Ətraflı
Bakıda ÜGTnin informasiya texnologiyaları konfransı və sərgisi işə başlayıb like
  • 12 İyn 10:46  
Digərləri Bakıda ÜGTnin informasiya texnologiyaları konfransı və sərgisi işə başlayıb

Bakıda Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜG

arrow Ətraflı
Azərbaycanlı müğənni xanımından BOŞANDI like
  • 12 İyn 10:45  
Şou-biznes Azərbaycanlı müğənni xanımından BOŞANDI

Mən bu yaxınlarda eşitdim ki, boşanmısan. Dedim yalan söhbət olar.

arrow Ətraflı