Sumqayıtda sərnişin avtobusu qəza törətdi VİDEO


Digərləri 12 İyn 2019 10:52:00 208 0

Sumqayıtda sərnişin avtobusu qəza törətdi  VİDEO

Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə 555 saylı marşrut xətti ilə Qaradağ rayonu Müşfiq qəsəbəsindən Sumqayıt istiqamətində hərəkət edən 50-AE-457 dövlət nömrə nişanlı avtobusun 90-VB-910 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə toqquşduğu əks olunub. 

Hadisənin avtobusun ötmə əməliyyatını pozması nəticəsində baş verdiyi qeyd edilib. 

Xəsarət alanlarla bağlı məlumat yoxdur.