"Kontakt home" azərbaycanlı aparıcının ittihamlarına cavab verdi


Şou-biznes 12 İyn 2019 10:43:00 233 0

"Kontakt home" azərbaycanlı aparıcının ittihamlarına cavab verdi

"Kontakt Home" aparıcı Səma Camalqızının ittihamlarına cavab verdi.

Son.az-ın redaksiyasına göndərilən məktubda deyilir ki, şikayət şirkətə daxil olduğu andan etibarən məsələ araşdırılır:

""Kontakt Home" şirkəti olaraq daima müştərilərimizə keyfiyyətli məhsul və xidmət təqdim etmək prinsipini rəhbər tutduğumuzu diqqətinizə çatdırmaq istərdik.

Keçmiş aparıcı "Kontakt home"dan şikayət etdi: "Sınıq home"du ora"

Məlumat üçün bildirək ki, şikayət şirkətimizə daxil olduğu andan etibarən məsələ araşdırılmaq üçün Səma xanımla əlaqə yaradılmış və həlli ilə bağlı işlər görülməyə başlanılmışdır.