DGK Tibbi Xidmət İdarəsi rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupu ilə birgə seminarlar keçirib (FOTO)


Digərləri 12 İyn 2019 10:48:50 181 0

DGK Tibbi Xidmət İdarəsi rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupu ilə birgə seminarlar keçirib (FOTO)

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupu ilə birgə seminarlar keçirib

Bakı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlığı çərçivəsində 10-12 iyun 2019-cu il tarixlərində Mərkəzi Gömrük Hospitalında aparıcı mütəxəssislərin iştirakı ilə müxtəlif mövzular üzrə qarşılıqlı təcrübə mübadiləsi və seminarlar keçirib. Florence Nightingale Xəstəxanalar Qrupunun direktor müavini Dr. Sinan Nazif Aranın rəhbərlik etdiyi Türkiyənin 7 nəfərdən ibarət yüksək ixtisaslı mütəxəssislər heyəti müasir tibb sahəsində infeksiya nəzarəti, tibb bacısı xidmətində beynəlxalq standartlar, beynəlxalq akkreditasiya, xəstəxana xidmətlərində keyfiyyətə nəzarət, insan resursları, marketinq və digər sahələr üzrə öz təcrübələrini hospitalın tibb və inzibati idarəetmə heyəti ilə bölüşüb. Azərbaycan və Türkiyə mütəxəssislərindən ibarət işçi qrup görüşlərində müasir tibbi xidmətin hər bir sahəsində ən qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə və tətbiq edilməsinə xüsusi diqqət ayrılıb. Türkiyə mütəxəssisləri Mərkəzi Gömrük Hospitalın tibb və inzibati idarəetmə heyətinin potensialını yüksək qiymətləndirərək müsbət fikirlər söyləyiblər.