Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb (FOTO)


Digərləri 12 İyn 2019 10:38:28 180 0

Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb (FOTO)

Qəbələdə Azərbaycan da daxil olmaql üç ölkənin müdafiə nazirlərinin görüşü keçirilir.

Bakı. Ceyhun Ələkəbərov - Qəbələdə Azərbaycan da daxil olmaqla üç ölkənin müdafiə nazirlərinin görüşü keçirilir. Trend-in məlumatına görə, hazırda baş tutan üçtərəfli görüşdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya iştirak edirlər. Qeyd edək ki, hər üç nazir Qəbələ şəhərində Şəhidlər Xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül qoyublar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin