Həmyerlimiz beynəlxalq universitetin Azərbaycandakı səfiri təyin edildi (FOTO/VİDEO)


Digərləri 12 İyn 2019 10:30:00 220 0

Həmyerlimiz beynəlxalq universitetin Azərbaycandakı səfiri təyin edildi (FOTO/VİDEO)

Həmyerlimiz beynəlxalq universitetin Azərbaycandakı səfiri təyin edildi

Bakı. Dünyanın 1 nömrəli qonaqpərvərlik məktəbi olan Les Roches International School of Hotel Management-in Azərbaycandakı səfiri seçilməyinizlə bağlı tarixçəni bölüşməyinizi istərdik: Les Roches-da təhsil almaq, bütün qonaqpərvərlik industriyasında çalışanların arzusudur. Mən təhsilimi 2018-ci ildə Postgraduate Executive proqramı əsasında alan ilk Azərbaycanlı olmuşam. Təhsil aldığım müddətdə göstərdiyim yüksək nəticələri nəzərə alaraq, 2019-cu ildə “Ambassador of Les Roches in Azerbaijan” adı ilə təltif olunmuşam və bununla fəxr edirəm. Les Roches Universiteti ilə yanaşı, Glion Universiteti də dünyanın aparıcı qonaqpərvərlik universitetlərinin sıralarına daxildir. Bu universitetlər İsveçrə modelindən istifadə edərək, praktik dərslərə böyük yer ayırır və tələbələrə beynəlxalq şirkət və otellərdə praktika keçmək üçün imkan yaradırlar. Sizin üçün qonaqpərvərlik nədir? Qonaqpərvərlik incəsənətdir! Qonaqpərvərlik, insan və təbiət sevgisi, qayğı, vətənpərvərlik hisslərini daşıyan və tərənnüm edən insanlar üçün ideal sahədir. Bu sahə həmçinin perfektsionistlərin cənnətidir- mükəmməl təmizlik, səliqə-səhman, simmetriya… Qonaqpərvərlik incəsənət olduğu üçün azad fikir, yaradıcılıq və fərqli baxış tələb edir. Ölkəmizdə bu sahə heç də yeni deyil və uğur hekayəsi olanlar bu sahəyə yaradıcı yanaşdığı üçün uzun müddətli fəaliyyət göstərib. - Bu sahədə olan biznes sahibləri, həmçinin bu sahəni sevən və gələcəyini bu sahə ilə bağlamaq istəyən insanlarla nə kimi tövsiyyələrlə bölüşmək istərdiniz? *Mikromenecmentlə qonaqpərvərlik tərs mütənasibdir! –Təlim keçin, güvənin və azadlıq verin; *Qonaqlarınızla danışın! -İşçilərinizə qonaqlarla ünsiyyət qurmağı təlim edin və təşviq edin. Mükəmməl xidmət ünsiyyətlə tamamlanır; *Rəhbərliyin göz önündə, qonaqlara “əl çatan” olun! *Gördüyünüz işdən zövq alın, onu həvəslə edin! – Həvəslə görülmüş hər bir iş öz bəhrəsini mütləq verir; *Özünüzü və işçilərinizi yalnız pulla motivasiya etmək kifayət deyil! – “Emosional əmək haqqı” daha dəyərlidir; *Dəyişikliklərə açıq fikirli olun! – Qonaqpərvərlikdə hər gün fərqlidir, özünəməxsusdur;