Lindemann rəfiqəsinə görə pərəstişkarın çənəsini sındırıb


Digərləri 12 İyn 2019 10:02:00 205 0

Lindemann rəfiqəsinə görə pərəstişkarın çənəsini sındırıb

"Rammstein" qrupunun lideri Till Lindemann pərəstişkarının çənəsini sındırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Münhen şəhərində yerləşən hotellərin birində qeydə alınıb.

Lindemann dostu və rəfiqəsi ilə buradakı barda əylənib. Bu zaman 54 yaşlı pərəstişkarı ona yaxınlaşıb və şəkil çəkdirmək istəyib.

Rədd cavabı alan pərəstişkar əvəzində müğənninin rəfiqəsini təhqir etməyə başlayıb.