Qazaxıstanın yeni prezidentinin inauqurasiyası başlayır


Dünya 12 İyn 2019 09:57:00 191 0

Qazaxıstanın yeni prezidentinin inauqurasiyası başlayır

Bu gün Qazaxıstanda keçirilən növbədənkənar seçkilərdə səs çoxluğu ilə ölkə prezidenti postunu qazanmış Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, K.Tokayev artıq Nur-Sultana, inauqurasiya mərasimi baş tutacaq Müstəqillik sarayına gəlib.

Qeyd edək ki, iyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib.

K.Tokayevin namizədliyi hakim "Nur Otan" partiyası tərəfindən irəli sürülüb.