Səbaildə “BMW” dirəyə çırpıldı - Sürücünün meyitini FHN çıxardı


Digərləri 12 İyn 2019 09:32:00 176 0

Səbaildə “BMW” dirəyə çırpıldı - Sürücünün meyitini FHN çıxardı

Bakı şəhərinin Səbail rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

Bakı. Bakı şəhərinin Səbail rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.