Tamaşaçı ayaqyoluna getdi, Selin Dion mahnını yarımçıq saxladı


Digərləri 12 İyn 2019 09:12:51 184 0

Tamaşaçı ayaqyoluna getdi, Selin Dion mahnını yarımçıq saxladı

Kanadalı müğənni Selin Dion Las-Veqasda səhnəyə çıxıb.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni çıxışı zamanı ön sıralarda oturan izləyicilərdən birinin yerindən qalxdığını görüb. Ayaqyoluna gedən şəxsin dönməsini gözləyən müğənni mahnısını yarımçıq kəsib.

"İzləyicim ilk sıralara iki bilet almaqla, yəqin ki, müflis olub. Mənim etdiyim bunun yanında heç nədir", - müğənni zarafat edib.