Suriyanın HHM vasitələri raket hücumunu dəf edib


Dünya 12 İyn 2019 08:52:00 215 0

Suriyanın HHM vasitələri raket hücumunu dəf edib

Suriyanin hava hücumundan müdafiə vasitələri İsrail tərəfdən gələn raket hücumunu dəf edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyanın dövlət telekanalı xəbər verib.

Nəticədə İsrailin bir neçə raketi vurulub. Hücum Tell əl-Xara təpəsi istiqamətində keçirilib.

Bildirilir ki, yalnız maddi ziyan vurulub.