Fransada girov götürülmüş şəxslər azad edilib


Dünya 12 İyn 2019 08:12:00 194 0

Fransada girov götürülmüş şəxslər azad edilib

Fransanın Konde-syur-Sart şəhərindəki həbsxanasında girov götürülən iki nəfər buraxılıb.

Trend-in məlumatına görə, bu barədə "BFMTV" telekanalı xəbər verir.

Məlumata əsasən, məhbus tərəfindən iki mühafizəçi girov götürülüb. Həmçinin deyilir ki, cinayətkar əldəqayırma bıçaqdan istifadə edib.

Hazırda hər iki girov buraxılıb.