Ana yeni doğulan körpəni 3cü mərtəbədən atdı FOTO


Digərləri 12 İyn 2019 07:41:00 234 0

Ana yeni doğulan körpəni 3cü mərtəbədən atdı  FOTO

Çinin Çanqşa şəhərində 22 yaşlı qadın nikahdan kənar bir oğlan uşağı dünyaya gətirib.

Son.az ölkə.az-a istinadən bildirir ki, uşağı doğan qadın onun göbəyini kəsərək üçüncü mərtəbənin pəncərəsindən aşağı atıb. Körpənin səsini altdakı qonşu eşidib və onu xəstəxanaya apararaq xilas edib.

Uşaq səsi eşidən qonşu bunu əvvəlcə pişik səsi zənn edib. Amma sonradan ağlama səsinin kəsilmədiyini görüb pəncərədən çölə baxıb. Balkonunda bir körpə görən qonşu dərhal polisə xəbər verib. Digər qonşuların köməyi ilə körpə xilas edilib. Həkimlər uşağın vəziyyətinin yaxşı olduğunu deyirlər.

Polis artıq vicdansız ananı saxlayıb.


Xəbərə aid fotolar