Onlar oynadılar, bu da oğurladı


Digərləri 12 İyn 2019 07:00:00 204 0

Onlar oynadılar, bu da oğurladı

Rusiyanın basketbol çempionatının final qarşılaşmasında insident baş verib. 

Son.az kaspi.az-a istinadən bildirir ki, ÇSKA-"Ximki" qarşılaşması zamanı oğurluq hadisəsi yaşanıb. Basketbolçular meydanda olduqları zamanı naməlum şəxs "Ximki"nin paltardəyişmə otağına daxil olub.

O, bir neçə idmançının şəxsi əşyalarını götürərək arenanı tərk edib. Oğurluq edən şəxs videokameraya düşüb. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.