Təbii qazı ən ucuz qiymətə istehlak edən ölkələr açıqlanıb


Digərləri 12 İyn 2019 07:07:00 278 0

Təbii qazı ən ucuz qiymətə istehlak edən ölkələr açıqlanıb

Avropada biraylıq orta maaş ilə təbii qaz ən çox lüksemburqlular tərəfindən istehlak olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Lüksemburq xalqı orta maaş ilə ayda 7 min 900 kubmetr qaz ala bilir. İkinci yerdə 7 min 500 kubmetrlə həm maaş, həm də təbii qaz qiymətinin ucuz olduğu Qazaxıstan qərarlaşıb. Rusiya isə 6 min 700 kubmetrlə üçüncüdür. Sonrakı yerləri Böyük Britaniya, Almaniya, Belçika, İrlandiya, Avstriya, Hollandiya və Danimarka tutub.

Siyahıda sonuncu yerdə olan Ukraynada orta maaş ilə əldə edilən qazın miqdarı 1000 kubmetrdən bir az çoxdur. Moldova, Bolqarıstan və Serbiya kimi ölkələr isə 1200 kubmetrə yaxın göstərici ilə aşağı sıralarda qərarlaşıb.

Təbii qazı ən baha qiymətə istehlak edən ölkə isə İsveçrədir. İtaliya, Danimarka və İspaniya da təbii qazın qiyməti nisbətən baha olan ölkələrdir.