Madonna rus müğənnini "qarət etdi" VİDEO


Digərləri 12 İyn 2019 05:30:00 273 0

Madonna rus müğənnini "qarət etdi"  VİDEO

Dünya ulduzu Madonna Lissabondakı kilsədə yeni klip çəkdirib.

Son.az ölkə.az-a istinadən bildirir ki, klip yayımlandıqdan sonra qalmaqal başlayıb. İnternet istifadəçiləri bildiriblər ki, klipin ideyası rus müğənni Svetlana Lobodadan oğurlanıb.

Bir müddət əvvəl Loboda "Axmaq güllə" mahnısına klip çəkdirmişdi. Çəkilişlər Lissabondakı Kabu-Eşpişel burnundakı kilsədə keçirilib. Bu yer ancaq zəvvarlar üçün nəzərdə tutulsa da, prodüserlər çəkiliş üçün icazə alıblar.

Amma bəzi internet istifadəçiləri Madonnanı plaqiatda günahlandırmağın əleyhinədirlər. Çünki bildirilir ki, kliplərin yayımlanması arasında cəmi 2 gün fərq var. Ehtimal edilir ki, çəkilişlər eyni vaxtda aparılıb.