Facebook ABŞ-da günəş enerji stansiyası quracaq


Digərləri 12 İyn 2019 01:17:48 242 0

Facebook ABŞ-da günəş enerji stansiyası quracaq

Facebook şirkəti ABŞ-da Qərbi Texasda günəş elektrik stansiyası qurmağı planlaşdırır

Bakı. Facebook şirkəti ABŞ-da Qərbi Texasda günəş elektrik stansiyası qurmağı planlaşdırır. Trend-in məlumatına görə, həmin stansiya ölkədə həyata keçirilən ən böyük analoji layihələrdən biri və şirkətin bərpa olunan enerji mənbələrinə olan birbaşa investisiyası olacaq. Prospero Solar Texas layihəsi çərçivəsində qurulan elektrik stansiyası günəş enerjisinin əsas təchizatçılardan biri olub, 18 kvadratmetrə yaxın ərazini əhatə edəcək.