Quran oxumağın dünya və axirət bərəkətləri


Digərləri 11 İyn 2019 23:20:00 241 0

Quran oxumağın dünya və axirət bərəkətləri

Quran tilavət etmək o qədər fəzilətə malik olan bir əməldir ki, həm dünya və həm də axirət bərəkətlərinə malikdir.

Həzrət Peyğəmbər (s) buyurur: "Evlərinizi Quran tilavəti ilə aydınladın. Onları qəbiristan etməyin".

Son.az deyerler.org-a istinadən bildirir ki, Quran kamil səma kitabı olaraq, İslam Peyğəmbərinə (s) bir möcüzə kimi nazil olmuşdur. Bu səma kitabı son və kamil səma kitabıdır ki, bəşərin hidayəti üçün yerə enmişdir. Ona görə də ən zəngin, ən mənalı və ən dərin səma kitabı hesab olunur. Quranın məqsədi - insanı təkamülə çatdırmaqdır.

Quran oxumağın dünya bərəkətləri ilə tanış olaq:

1. Duanın yerinə yetməsi. Peyğəmbərə (s) sual verirlər ki, ən üstün insanlar kimlərdirlər? Həzrət (s) buyurur:"O kəs ki, Quran oxumağa başlayar və onu xətm edər. Onun üçün Allah yanında yerinə yetmiş dua olar".

2. Hacətin yerinə yetməsi. Əmirəl-möminin (ə) buyurur: "Nə zaman sizlərdən birinizin hacəti olsa, cümə axşamı günü səhər tezdən evindən bayıra çıxsın və bayıra çıxan zaman "Ali-İmran" surəsinin son ayəsini, "Ayətül-kürsü"nü, "Qədr" və "Həmd" surəsini oxusun ki, onların oxunmasında dünya və axirət hacətlərinin yerinə yetməsi vardır".

3. Ruzi. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman evdə Quranı çoxlu tilavət edərlər, xeyir və bərəkəti də çox olar. Həmin ev səma əhli üçün parlayar, necə ki, ulduzlar yer əhli üçün parlayar".

4. Xəstəliklərin əlacıdır. Quran insanın cismi və ruhi xəstəliklərinin dərmanıdır. "Biz, Qur'andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik". ("İsra" 82).