Ömrünü uzatmaq istəyirsənsə dostlarınla vaxt keçir


Digərləri 11 İyn 2019 23:05:00 208 0

Ömrünü uzatmaq istəyirsənsə dostlarınla vaxt keçir

Dostlarla daha çox vaxt keçirmək ömrü uzadır.

Son.az medicina.az-a istinadən bildirir ki, dostlarla vaxt keçirmək səhhətimiz üçün xeyirdir.  Bu qənaətə Oksford Universitetinin araşdırmaçıları gəlib. Belə ki, rəfiqəsi ilə həftədə iki dəfə görüşən qadınlar daha sağlam, immuniteti isə daha möhkəm olur.

Tədqiqatın rəhbəri - həkim Dobin Danbarın qənaətinə əsasən sosiallaşmaq hər iki cinsin həm fiziki, həm də emosional sağlamlığına əhəmiyyətli təsir göstərir.

Xüsusilə dostlarla vaxtın səmərəli və əyləncəli keçirilməsi faydalıdır. Bu zaman intim yaxınlıq və ya şokolad yedikdən sonra bədəndə artan endorfin hormonları ifraz olunur.