Evində Quran oxuyan bu bərəkətlərə çatar


Digərləri 11 İyn 2019 23:10:00 275 0

Evində Quran oxuyan bu bərəkətlərə çatar

Həzrət Peyğəmbər (s) müsəlmanlara verdiyi tövsiyələrində buyurmuşdur: "Evlərinizi Qurani-Kərim oxumaqla nurani edin. Onu qəbiristan kimi zülmətli və qaranlıq etməyin. Necə ki, xristian və yəhudilər ibadətləri məbədlərinə məxsus qərar vermiş və evlərini tətil etmişdilər. (Yəni, siz onlar kimi rəftar etməyin).

Ona görə də o evdə ki, çoxlu Quran tilavət olunar, xeyir və bərəkət orada çox olar. Ev əhli üçün genişlik və fərəh yaranar və o ev, göy əhli üçün nur saçar. Necə ki, ulduzlar yer əhli üçün nur saçar".

Hədisin şərhi.

Xaliq ilə məxluqun rabitə qurması üçün xüsusi zaman və məkana ehtiyac yoxdur. Quran buyurur: "Ona hər səhər və axşam təsbih deyin". ("Əhzab" 42).

Son.az deyerler.org-a istinadən bildirir ki, yəni, Allahı həmişə yada salın, həm səhər və həm axşam. İslam dininin nəzərinə görə, ibadət ancaq məscidlərə məxsus əməl deyildir. Hər bir müsəlman evində də ibadət etməlidir. Xüsusilə də Quran tilavət etmək. Quranı evdə oxumağın gətirdiyi bərəkətləri Həzrət (s) bu cür tanıdır:

1. Evdə xeyir və bərəkət artar. Səfa və səmimiyyət olar.

2. Mal və sərvətin artmasına səbəb olar. İnsanın fikir və düşüncə dairəsi genişlənər.