Yəməndə neft borusunda partlayış olub


Digərləri 11 İyn 2019 23:05:00 178 0

Yəməndə neft borusunda partlayış olub

Yəmənin Şabva vilayətindəki neft borusunda silahlılar tərəfindən partlayış törədilib

Bakı. Yəmənin Şabva vilayətindəki neft borusunda silahlılar tərəfindən partlayış törədilib. Məlumata əsasən, silahlılar Şabva vilayətinin cənub-şərqində yerləşən Radum şəhərinin yaxınlığında neft nəqli boru kəmərini partladıblar. Qeyd edilir ki, yerli təhlükəsizlik qüvvələri boru kəmərinin partlayışını törədən silahlıları təqib etmək üçün tədbirlər görür.