Zalım xəlifənin imanlı vəzirinin xətası necə düzəldi?


Digərləri 11 İyn 2019 22:20:00 191 0

Zalım xəlifənin imanlı vəzirinin xətası necə düzəldi?

Əli ibni Yəqtin, Harunun məşhur vəzirlərindən olmuşdur ki, yeddinci İmam Həzrət Musa Kazımın (ə) xalis davamçılarından idi. Ancaq o, öz əqidəsini gizli saxlayır və təqiyyə halında yaşayırdı.

Bir gün casusların gözündən uzaq halda İmamın (ə) xidmətinə gəlir. Ancaq İmam (ə) onu qəbul etmir. Sabahısı günü təsadüfən bazarda görüşürlər və Əli İmamdan (ə) dünənki hadisənin səbəbini soruşur.

İmam (ə) buyurur: "Ona görə ki, bizim davamçılardan birinin ürəyini sındırmısan, ona yol verməmisən, hacətini yerinə yetirməmisən, çətinliyini həll etməmisən.

Onun razılığını almadan səni xidmətimə qəbul etməyəcəyəm".

Əli deyir: "Hal-hazırda o, uzaq yerdədir".

İmam (ə) buyurur: "Gecə Bəqi qəbiristanlığında at səni gözləyəcəkdir, ona min və onunla görüşə get. Razılığını al".