İsti havaların ürəyə təsiri –


Digərləri 11 İyn 2019 22:25:00 253 0

İsti havaların ürəyə təsiri –

Sinoptiklər yaxın günlərdə Azərbaycanda 40 dərəcəyə yaxın istilər vəd edir. İsti hava isə hətta ürəyindən şikayəti olmayan insanlar üçün belə təhlükəli, riskli ola bilər. 

Günəş altında, açıq havada daha çox vaxt keçirməyə can atan insanlar orqanizmini necə bir yük altında qoyduğunun fərqinə varmır.  Çox ürək xəstələri isə isti havalarda sərin, buz kimi evdə qalmağı seçir amma yenə də özünü pis hiss edir. 

Son.az medicina.az-a istinadən isti havanın ürəyə təsirini araşdırıb və bəzi məsləhətləri təqdim edir. Bu məsləhətlər həm ürəyi hələ ki, normal və hər gün işə gedən insanlara, həm də artıq tarixçəsində ürək xəstəliyi olan insanlara aiddir.

İsti bədənə necə təsir edir?

Bir çoxumuzun orqanizmi çox isti hava ilə nadir halda təmasda olur, xüsusən  qışdan, yazdan çıxmış bədən alovlu istini qarşılamağa hazır olmur. Xüsusən şəhər əhalisi çox vaxt optimal və komfortlu orta temperaturda yaşayır.

Baxmayaraq ki, el arasında isti sümükləri sındırmır, soyuqdan qorunmaq lazımdır fikri dolaşır, əslində elə deyil.  Çox isti hava insanın motor sistemi olan ürək-damar üçün problemlər yaradır.

Yüksək hərarətdə istənilən fiziki aktivlik, hətta piyada gəzmək belə tərləməni və orqanizmin su itkisini artırır.  Bu su ilə birgə lazımmi elementlər, minerallar -natrium, maqniy, kalium da yuyulub gedir. Bunlar isə ürəyin normal işləməsi üçün çox lazımdır. 

Nəticədə ürəyə qan dövranı miqdarı azalır, nəbz yüksəlir, taxikardiya başlayır.  Maye azlığı nəticəsində ürək əzələləri daha tez-tez yığılıb açılmağa başlayır.

Qanın tərkibi dəyişir

Qanın maye hissəsi plazma istidən azalır, bu da qanın laxtalanmasını artıraraq, tromb, tromemboliya, ürək tutulması yaradır. Sağlam insanın ürəyi istiyə yorğunluq, halsızlıq və təngnəfəsliklə reaksiya verir.  Ürəyi zəif və xəstə olanlarda isə vəziyyət həyati təhlükəli ola bilər. Ən təhlükəlisi infarkt və tromboemboliyadır. 

Çox isti havalarda hətta müasir dərmanlar da təsir etmir.  Həkimlər ilk növbədə bir dəfə infarkt, insult keçirmiş və yaşı 50-70 arası olanların ehtiyatlı olmasını tövsiyyə edir. Eləcə də ailəsində ürək xəstəliyi olan gənclər isti havalarda bu riski nəzərə almalıdır.