Yaxşı qonşuluq ruzini artırar


Digərləri 11 İyn 2019 22:10:00 223 0

Yaxşı qonşuluq ruzini artırar

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bir vəcəb (ölçü bildirən sözdür) qədər qonşu torpağına xəyanət edərsə, Allah onun boynundan asılan kəndir qərar verər. Məgər tövbə edər və geri qayıdarsa - bu, başqa".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim qonşusuna əziyyət verərsə, Allah behiştin iyini ona haram edər və onun yeri cəhənnəm olar. Hər kim qonşusunun haqqını tələf edərsə - o, bizdən deyildir".

Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: "Qonşum mənə əziyyət verir".

Həzrət (s) buyurur: "Səbir et və münasib olmayan rəftar nümayiş etdirmə. Sənin səbrin onun ölümünə bais olar".

Bir müddət sonra həmin kişi yenə gəlir və deyir: "Qonşum öldü".

İmam Sadiq (ə) buyurur: "Yaxşı qonşuluq etmək ruzinin artmasına səbəb olar".