Hava ilə gücləndirilən yumşaq robotlar kosmosda kömək edə bilər


Digərləri 11 İyn 2019 21:55:00 237 0

Hava ilə gücləndirilən yumşaq robotlar kosmosda kömək edə bilər

Hava ilə gücləndirilən yumşaq robotlar, kosmosun kəşfində köməkçi ola bilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Harvard Universitetinin alimləri, kosmos kəşfləri ya da axtarış üçün istifadə edilə biləcək yumşaq robot yaratdı.

Harvard araşdırmaçıları, maşına rəhbərlik edəcək çoxlu idarə sisteminə ehtiyac duymayan, təzyiqli havayla irəliləyən softrobot hazırladı. Tək bir giriş, fərqli ölçülərdəki balonlar vasitəsiylə robotun ayaqlarına hava vurur ki, beləcə robotun ayaqlarının necə davranacağı da təyin olunmuş olur.

Sınaq üçün yaradılan robot, çarpaz şəkilli dördayaqlı və xarici hava qaynağına ehtiyac duyur.