Bu hallarda təcili yardım gözləməyə vaxt itirmək olmaz


Digərləri 11 İyn 2019 21:35:00 211 0

Bu hallarda təcili yardım gözləməyə vaxt itirmək olmaz

Elə kritik, insan üçün həyati təhlükəli məqamlar olur ki, yaxınları, ətrafdakı insanlər təcili yardım çağırıb, bununla da düzgün hərəkət etdiklərini düşünürlər. Amma bu vəziyyətlərdə təcili yardımı gözləməyə sərf olunan vaxt xəstənin həyatının sonu ola bilər.

Son.az medicina.az-a istinadən xəstəni və ağır vəziyyətdə olan insanı təcili yardım gözləmədən ilk yardım göstərib, lazım gələrsə yaxınlıqdakı xəstəxanaya çatdırmağı labüd edən kritik vəziyyətləri təqdim edir.

1.  Arterial qanaxma

Çox güclü, intensiv qanaxma zamanı qan sanki fontan vurur və qısa müddətdə litrlə qan itirilir. Əgər qanaxma dayandırılmasa, xəstə öləcək, hətta təcili yardım gəlsə də gec olacaq.  Bu zaman qanaxan hissəyə barmağınızı salıb tıxac yaratmalı və ya jqut qoymalısız. Təcili yardım 10-15 dəqiqəyə gələcəksə, vaxt itirmədən yola çıxıb, təcili yardıma yolunuzu deyib ya yolda qarşılaşmalı ya da yaxın xəstəxanaya çatdırmalısız. 

Daha bir arzuolunmaz qanaxma ağciyər qanamasıdır. Bu zaman qan nəfəs yollarını tutur.  Xəstəni elə çevirmək lazımdır ki, qan çölə axsın və o boğulmasın. Ona su, dərman, qida vermək olmaz. 

2.Nəfəs borusunda yad cisim qalması

Daha çox uşaqlarda rast gəlinən bu halda onu çıxarmağa vaxt sərf etmək olmaz. Tənəffüs yolları blok olduqda, xəstə göyərir, huşunu itirir. Əgər bacarırsızsa, Qeymlix metodu tətbiq olunur. Bu haqda saytımızda video var. Amma bu effekt vermədikdə xəstə təcili olaraq maşınla yaxınlıqdakı xəstəxanaya çatdırılmalıdır.  

3.Hipoqlikemik koma

Qanda qlükozanın səviyyəsinin kritik dərəcədə enməsi. Əvvəlcə xəstə özünü narahat hiss edir, əl-ayaq əzələləri boşalır, tərləyir, su içmək istəyir, ürəyi döyünür, sifəti qızarır, vaxtında bu məqamı tutub, ona şirin su, çay, qənd versəniz vəziyyət düzələ bilər.  Əgər vaxt keçsə, onda qıcolmalar başlayacaq və huşunu itirəcək.