Bişmiş qarğıdalının orqanizmə 12 faydası –


Digərləri 11 İyn 2019 21:25:00 235 0

Bişmiş qarğıdalının orqanizmə 12 faydası –

Qarğıdalı insanın yetişdirdiyi ən faydalı bitkilərdən biridir. Amerika, Avropa və Rusiyada qarğıdalı yetişən kimi onu müxtəlif variantlarda bişirib süfrəyə qoyurlar və ailəlikcə yeyirlər.

Bizdə isə qarğıdalı az xörəkdə istifadə olunur, daha çox yayda, dəniz kənarında suda bişmişi yeyilir. 

Amma yenə də mövsümündə və hətta digər mövsümündə də bu faydalı dənli bitkisi orqanizmə çox faydalı olduğundan bol istifadə olunmalıdır. Son.az medicina.az-a istinadən bildirir ki, B, E, H, A vitaminləri, dəmir, natrium, yod, maqnium, fosforla zəngin qarğıdalının insan orqanizminə çox faydalıdır. Hansı xəstəliklərdə xeyirlidir, kimlərə olar, kimlərə olmaz?

1.Qaraciyəri tənzimləyir, ödü qovur

Öd və qaraciyər problemi olanlar təzə qarğıdalı yesələr, yüngüllük hiss edəcəklər. Çünki ödü qovur. Bişmiş qarğıdalı və saçaqları hepatit, öd kisəsi və öd axarları iltihabı zamanı effektivdir. 

Amma qaraciyər xəstəlikləri olanlar bişmiş qarğıdalının üzərinə bir qədər kərə yağı çəkib yesinlər.

2.Bağırsaqların hərəkətliliyini artırır

Qəbizlik tənbəl bağırsaq sindoromundan da qaynaqlanır. Qarğıdalı dənli olduğu üçün kobud qidadır və bağırsaqların divarına təzyiq edərək, peristaltikanı aktivləşdirir. Ona görə qəbiz insanlara da lazımdır.

3. Mədəaltı vəzini dirçəldir

Çox az adam və həkim bilir ki, təzə, sütül qarğıdalı təmləməsi mədəaltı vəziyə yüngül tənzimləyici təsir edir. Bunun üçün 7 gün ərzində gündə 1 stəkan qarğıdalı dənlərinin dəmləməsini içmək lazımdır. Bu, maddələr mübadiləsini tənzimləyəcək. Penkreatit və diabetli xəstələrə çox faydalıdır.

4.Ürək -damarları möhkəmləndirir

Tərkibində olan bir çox maddələr damarları möhkəmləndirir, eləcə də podaqra, nefrit zamanı ağrı tutmalarını azaldır.

5.Uşaqların boyunu, sümüklərini uzadır

Qarğıdalı uşaqlara əks göstəriş deyil. 3 yaşından vermək olar. Körpənin aktivliyini artırır, böyüməsinə zəmin yaradır. 

6.Cinsi hormonları artırır

Həm qadın, həm kişilərdə hormonal problemlərdə faydalıdır. Sonsuzluqdan və impotensiyadan müalicədə bol yeyilə bilər.

7. Depressiya və nevrozla mübarizə aparır