Unsuz və şəkərsiz qurabiyə


Digərləri 11 İyn 2019 20:58:00 258 0

Unsuz və şəkərsiz qurabiyə

Pəhriz zamanı şirniyyat yeməkdən çəkinirik.

Son.az Axşam.az-a istinadən təqdim etdiyi qurabiyənin tərkibində isə nə şəkər, nə də un var.

Lazım olanlar:

2 yumurta ağı 10 ədəd xurma 1 fincan kokos qırıntısı yarım fincan kokos yağı və ya zeytun yağı 1 fincan xırdalanmış fındıq

Xurmaları suda saxlayıb yumşalmasını gözləyin. Daha sonra çəngəllə püre halına gələnədək əzin. Yumurta ağı ilə yağı mikserlə qarışdırın. Qalan bütün ərzaqları əlavə edib birlikdə yoğurun. Kiçik parçalar götürüb soba qabına düzün. 180 dərəcədə üstü qızaranadək bişirin.