Bakcell uşaqlara internetdən təhlükəsiz istifadəni öyrədir (FOTO)


Digərləri 11 İyn 2019 20:41:09 234 0

Bakcell uşaqlara internetdən təhlükəsiz istifadəni öyrədir (FOTO)

Təhlükəsiz internetdən istifadəyə həsr olunmuş aksiya təşkil edilib.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkəti ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı şəhərinin müxtəlif parklarında uşaqlar üçün təhlükəsiz internetdən istifadəyə həsr olunmuş aksiya təşkil edib. Trend-in məlumatına görə, tədbirlər “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində həyata keçirilib. Valideynlərə və uşaqlara internet mühitindəki zərərli məzmun, internetdən təhlükəsiz istifadə qaydaları və Bakcell və ENGİNET şirkətlərinin birgə hazırladıqları “Təhlükəsiz İnternet Paketi” barədə geniş məlumat verilib. Qeyd edək ki, Bakcell tərəfindən bir neçə il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketi” uşaqlar üçün internetdən təhlükəsiz istifadəni təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və arzuolunmaz məzmundan qoruya bilərlər. “Təhlükəsiz İnternet” paketi haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.