"Mazda" 1,7 minə yaxın avtomobili geri çağırıb


Digərləri 11 İyn 2019 20:34:00 239 0

"Mazda" 1,7 minə yaxın avtomobili geri çağırıb

"Mazda Motor" şirkəti Rusiyada 1,7 minə yaxın avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qərar şüşə təmizləyicilərin işində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin avqustundan 2018-ci ilin martınadək Rusiyada satılmış "Mazda 3" modellərinə şamil olunur.

Bildirilir ki, həmin qüsur hərəkət zamanı ön şüşədən görmə qabiliyyətini azalda bilər.