Bethovenin saçları hərraca çıxarıldı


Digərləri 11 İyn 2019 19:29:00 223 0

Bethovenin saçları hərraca çıxarıldı

Böyük Britaniyanın "Sotheby's" hərrac evi alman bəstəkar Lüdviq van Bethovenin saçlarını hərraca çıxarıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bəstəkarın saçı ilkin olaraq 19 min dollara qiymətləndirilir.

Lakin hərrac təşkilatçıları bu saçlara marağın böyük olduğunu və həmin məhsulun daha baha qiymətə satılmasının istisna olmadığını deyir.

Qeyd edək ki, Bethoven saçlarının bu hissəsini 1826-cı ildə özü kəsərək pianoçu Anton Halma hədiyyə etmişdi.