"Kəndi tərk edin" Şamaxıda qohumlar arasında qan davası


Kriminal 11 İyn 2019 18:37:00 253 0

"Kəndi tərk edin"  Şamaxıda qohumlar arasında qan davası

Şamaxıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sahib Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Sahib Zeynalov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Şamaxı rayonunun Dağ-Bağırlı kəndində Sahib Zeynalov kütləvi dava zamanı həmkəndlisi və qohumu olan Həbib Qafarova küt alətlə ağır xəsarətlər yetirib.

Davada 10 nəfərdən artıq şəxs iştirak edib.

Kütləvi davanın səbəbi isə illər əvvəl baş verən qətl hadisəsi olub.

Həbib Qafarovun qardaşı 2008-ci ildə məclislərin birində mübahisə zəminində Sahib Zeynalovun qardaşını qətlə yetirib.

Bu hadisədən sonra ailələr arasında düşmənçilik münasibəti yaranıb.