DİQQƏT! Binəqədidə bu yolda rəngləmə var


Digərləri 11 İyn 2019 18:10:36 180 0

DİQQƏT! Binəqədidə bu yolda rəngləmə var

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakı. Binəqədi şossesində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu axşam 22:00-dan səhər saatlarına kimi Binəqədi şossesində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.