Tovuzun Yuxarı Öysüzlü kəndində yeni massiv qazlaşdırılır


Digərləri 11 İyn 2019 17:55:00 230 0

Tovuzun Yuxarı Öysüzlü kəndində yeni massiv qazlaşdırılır

Tovuzun Yuxarı Öysüzlü kəndində yeni massivin qazlaşdırılması uğurla icra edilir.

Bakı. Tovuzun Yuxarı Öysüzlü kəndində yeni massivin qazlaşdırılması uğurla icra edilir. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, tərtib edilmiş layihəyə uyğun olaraq, yeni massivin mavi yanacaqla təmin olunması məqsədi ilə ümumi uzunluğu 13 200 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və 104 evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılması nəzərdə tutulur. Bildirilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Artıq görüləcək işlərin 80%-i yerinə yetirilib, tezliklə ərazinin qazlaşdırılması tam yekunlaşacaq.