Antalyada hoteldə YANĞIN - Turistlər təxliyə olundu


Digərləri 11 İyn 2019 17:21:47 219 0

Antalyada hoteldə YANĞIN - Turistlər təxliyə olundu

Antalyada hotellərin birində yanğın baş verib.

Bakı. Rufiz Hafizoğlu - Antalyada hotellərin birində yanğın baş verib. Trend-in məlumatına görə, yanğın Kəmərdəki hoteldə qeydə alınıb. Məlumata görə, yanğın hotelin SPA mərkəzində başlayıb. Yanğından dərhal sonra hoteldən 100-dən artıq turist təxliyə edilib. Xəsarət alanın olmadığı bildirilir. Bununla belə əcnəbi turistlərin təşviş keçirdikləri qeyd edilir.