Bakıda avtobus qəzasında xəsarət alanların şəxsiyyəti məlum oldu


Digərləri 11 İyn 2019 17:24:00 183 0

Bakıda avtobus qəzasında xəsarət alanların şəxsiyyəti məlum oldu

Bakının Zığ qəsəbəsində marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan qadınların şəxsiyyəti məlum olub.

Bakı. Samir Əli, Ceyhun Ələkbərov - Bakının Zığ qəsəbəsində marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan qadınların şəxsiyyəti məlum olub. Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Məmmədova Sülahət Təbriz qızı və 1975-ci il təvəllüdlü Həsənova Könül İmamverdi qızı qapalı kəllə-beyin travması ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan K.Həsənovanın vəziyyəti ağır qiymətləndirilir. Hadisə nəticəsində xəsarət alan digər qadın, 1984-cü il təvəllüdlü Zeynalova Aysel Sultay qızı isə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.