“Çalışıram ki, sağalam, Zəhra çox balacadır”


Şou-biznes 11 İyn 2019 16:42:00 249 0

“Çalışıram ki, sağalam, Zəhra çox balacadır”

Xərçəng xəstəliyi ikinci dəfə metastaz verən Əməkdar artist Tünzalə Əliyeva xəstəliyindən danışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, "ATV maqazin onlarla" proqramına müsabihəsində sağalmaq istədiyini bildirib:

"Depressiyaya düşmürəm, özümdə güc tapmışam, çalışıram ki, ayaq üstdə duram, sağalam. Çünki hələ Zəhra çox balacadır.

Müalicəmin nəticəsini 6 aydan sonra biləcəm. Çanaqda, boğazda və mədəaltı vəzdə şişlər var. MRT olub, yoxlayacağıq görək, şişlər balacalaşıb, ya yox. Kimyaterpaiya ağırdır deyə, saçlarım tökülüb. Həyat yoldaşım Röyal, qayınatam və qardaşım mənə dəstək üçün saçlarını kəsdirdilər. Hələ ki parikdən istifadə edə bilmirəm, çünki istidir".