DÇ-2022-də iştirak şansını itirən ilk komanda müəyyənləşdi


İdman 11 İyn 2019 16:43:00 250 0

DÇ-2022-də iştirak şansını itirən ilk komanda müəyyənləşdi

Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatında iştirak hüququndan məhrum olan ilk komanda bəlli olub.

Goal.az xəbər verir ki, Asiya zonasında mübarizə aparan Butan millisinin DÇ-2022-də iştirak etməyəcəyi dəqiqləşib. Yığma seçmə mərhələdə iki oyunun nəticəsinə əsasən Quam kollektivinə (1:0, 0:5) məğlub olub və şansını itirib.

Qeyd edək ki, Qətərdəki mundial 2022-ci ilin 21 noyabr – 18 dekabr tarixləri aralığında keçiriləcək.