“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edir


Digərləri 11 İyn 2019 16:39:31 204 0

“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edir

"Microsoft" 12-14 iyun tarixlərində Bakıda keçiriləcək Dünya Gömrük Təşkilatının İT üzrə tədbirini - WCO IT/TI 2019 Konfrans və Sərgisini dəstəkləyənlərdən biridir.

Bakı. "Microsoft" 12-14 iyun tarixlərində Bakıda keçiriləcək Dünya Gömrük Təşkilatının İT üzrə tədbirini - WCO IT/TI 2019 Konfrans və Sərgisini dəstəkləyənlərdən biridir. Təşkilat ilk dəfə olaraq dövlət və özəl sektoru bir araya toplayır. Builki tədbirin əsas mövzusu "SMART-ticarət, səyahət və nəqliyyat üçün yeni imkanlar" adlanır. "Microsoft" da öz növbəsində dünya üzrə gömrük qurumlarının E-Gömrük və E-Ticarət sahələrində işlərini daha da sadələşdirməkdə yardım edir. Bununla da şirkət əməliyyatların azaldılması, təhlükəsizliyin artırılması üçün sadələşdirilmiş, standartlaşdırılmış, müasirləşdirilmiş gömrük və ticari həllər təklif edir. Məlumatların təhlükəsiz ötürülməsi və birgə iş üçün yaradılmış "Milli tək pəncərə" sistemi və risklərin qiymətləndirilməsinə əsaslanmış yanaşma "Microsoft" tərəfindən gömrük qurumlarına təklif olunan həllərdən sadəcə ikisidir. "Microsoft"un məqsədi IoT, süni intellekt və blokçeyn kimi ən son innovasiyaları gömrük qurumlarına əlçatan etməkdir.