Uşaq əməyinin istismarının qarşısının alınmasına dair məktəblilər üçün maarifləndirmə tədbiri keçirilib (FOTO)


Digərləri 11 İyn 2019 16:47:00 192 0

Uşaq əməyinin istismarının qarşısının alınmasına dair məktəblilər üçün  maarifləndirmə tədbiri keçirilib (FOTO)

Azərbaycan qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir.

Bakı. Azərbaycan qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir. Uşaq əməyinin istismarı qanuna zidd olmaqla, uşağın fiziki və mənəvi inkişafına da zərər vurur, əksər hallarda onun təhsildən yayınması ilə müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhərinin Nizami rayonunda yerləşən orta məktəbdə yuxarı sinif şagirdləri üçün “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb. Tədbirdə qeyd edilib ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. Habelə onlar əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən gecə klublarında, barlarında, kazinolarda işlərə cəlb edilə bilməzlər.