Prokuror qayınatasını döyən dünya çempionuna 8 il cəza istədi


Digərləri 11 İyn 2019 16:27:37 201 0

Prokuror qayınatasını döyən dünya çempionuna 8 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror E.Məcidovun 8 il azadlıqdan məhrum edilməsini istəyib. Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Proses iyunun 18-də davam etdiriləcək.