Zaqatala sakini motosikleti ağaca vurdu,


Digərləri 11 İyn 2019 16:19:00 222 0

Zaqatala sakini motosikleti ağaca vurdu,

Zaqatala rayonunun Muğanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyunun 10-da saat 1 radələrində Zaqatala rayonunun Muğanlı kəndi ərazisində Fındıqlı kənd sakini Qurban Xəlilov idarə etdiyi "İJ" markalı motosikleti yolun kənarındakı ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.