Bu yay Azərbaycandan xaricə gedənlərin sayında artım olacaq


Digərləri 11 İyn 2019 16:10:00 212 0

Bu yay Azərbaycandan xaricə gedənlərin sayında artım olacaq

Turizm şirkətlərinin məlumatlarına əsasən bu il yay mövsümündə Azərbaycandan xaricə gedənlərin sayında, demək olar ki, artım olacaq.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, ötən illərdə olduğu kimi bu il də Azərbaycan turistlərinin əsas səfər edəcəyi ölkə Türkiyə olacaq.

N.Bağırov əlavə edib ki, 2015-ci ildə manatın devalvasiyası Azərbaycandan xaricə gedənlərin sayına təsir etmişdi. Manatın devalvasiyasından sonrakı ilk illərdə göstəricilərin səviyyəsi azalsa da, ötən ildən ölkəmizdən xaricə gedənlərin sayı çoxalıb.

Assosiasiya sədri onu da əlavə edib ki, Azərbaycan turistləri arasında səfərlərin əvvəlcədən planlaşdırılması və bronetmə populyarlaşıb.

Onun sözlərinə görə, əvvəllər isə xaricə gedən Azərbaycan turistləri son anda səfərləri üçün yer bron edirdilər: