Sumqayıtda salam verməmək üstündə çayxananın arxasında qan töküldü


Kriminal 11 İyn 2019 15:56:00 219 0

Sumqayıtda salam verməmək üstündə çayxananın arxasında qan töküldü

Sumqayıt şəhərində qətl törətməkdə təqsirli bilinən Babək Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası iyun ayının 14-nə təyin olunub.

Qeyd edək ki, şəhər ərazisində Tibb kollecinin yanında yerləşən çayxananın arxasında qeydə alınıb.

Sumqayıt şəhərində yaşayan Kəlbəcər sakini, 1990-cı il təvəllüdlü Babək Həsənov Kotec qəsəbə sakini, həmyaşıdı Aydın Seyidovu ona salam verməməsi səbəbindən ucu kəsici-deşici olan alətlə vuraraq öldürüb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib.  Babək Həsənov şübhəli şəxs qismində tutulub və törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib.