Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbulu elan edir


Digərləri 11 İyn 2019 15:56:00 219 0

Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbulu elan edir

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2019/2020-ci tədris ili üçün aşağıdakı istiqamətlər üzrə tələbə qəbulu elan edir

Bakı. M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2019/2020-ci tədris ili üçün aşağıdakı istiqamətlər üzrə tələbə qəbulu elan edir (bakalavr pilləsi, rus dilində təhsil, əyani şöbə): Bundan əvvəl Azərbaycan Respublikası (AR) büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan əcnəbilər üçün təhsil ödənişsizdir. Bu şəxslər yalnız dövlət sifarişi ilə ayrılmış yerlərə iddia edirlər və qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. MDU-nun Bakı filialının bakalavr pilləsinə daxil olmaq istəyən şəxslər Filialda keçiriləcək qəbul sınaqlarında iştirak etmək hüququ qazanmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yaz qəbul imtahanlarında (12 may və 19 may 2019-cu il) hər hansı bir ixtisas qrupu üzrə 150 və ya daha çox bal toplamalıdırlar. Bundan əvvəl Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikası vətəndaşları və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, həmçinin vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər və Filialın təşkil etdiyi qəbul sınaqlarına DİM-in keçirdiyi test imtahanında iştirak etmədən buraxılırlar. Azərbaycan vətəndaşları üçün bakalavr pilləsi üzrə illik təhsil haqqı 1750 manat, xarici vətəndaşlar üçün isə 1100 ş.v. təşkil edir. Bakalavr pilləsinə ərizə qəbulu elektron qaydada 29 may 2019-cu ildən 28 iyun 2019-cu ilədək (qeydiyyat 12:00-da yekunlaşacaq) keçirilir. Ərizəni Filialın http://msu.az saytında və yaxud DİM-in http://dim.gov.az/ saytında vermək olar. İmtahanqabağı məsləhət və imtahan günlərində Filiala qəbul olmaq istəyən şəxslərin üzərində aşağıdakı sənədlər olmalıdır: - Şəxsiyyəti təsdiq edən sənəd; Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi. - Birinci məsləhət və birinci imtahan zamanı abituriyent özü ilə şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsindən əlavə, orta məktəbi müvəffəqiyyətlə bitirməsi haqqında attestat və ya məktəbdən arayış (attestat olmadığı halda) gətirməlidir. Bütün məsləhət saatları və imtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəs, Universitet küç.,1 ünvanında keçiriləcək. Miqrasiya Xidməti tərəfindən verilən daimi (seriya DYİ) və ya müvəqqəti yaşayış (seriya MYİ) haqqında sənədi olan xarici vətəndaşlar qeydiyyat zamanı bu sənədin seriya və nömrəsini göstərməlidirlər.