Azərbaycan Universitetinin komandası “CanSat Azərbaycan” müsabiqəsinin finalına vəsiqə qazanıb


Digərləri 11 İyn 2019 15:38:33 238 0

Azərbaycan Universitetinin komandası “CanSat Azərbaycan” müsabiqəsinin finalına vəsiqə qazanıb

Azərbaycan Universitetinin “AU&SAT” komandası “CanSat Azərbaycan 2019” tələbə model peyk müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb.

Bakı. Azərbaycan Universitetinin “AU&SAT” komandası “CanSat Azərbaycan 2019” tələbə model peyk müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb. Universitetdən Trend-ə verilən məlumata görə, komandanın tərkibinə Lalə Muxtarlı (kompüter elmləri, magistratura), Fəhmin Zakirli (kompüter mühəndisliyi, bakalavriat), Əlizaman Həbibli (kompüter mühəndisliyi, bakalavriat) və Xəyal İsmayılov (kompüter mühəndisliyi, bakalavriat) daxildir. Tələbələr müsabiqəyə İKT fakültəsinin dekanı Asif Paşayev, riyaziyyat və informatika kafedrasının müəllimləri Əbilhəsən Əhmədov və Gündüz Mirzəbəylinin rəhbərliyində hazırlaşıblar. Müsabiqənin final mərhələsi 27-29 iyun tarixində keçiriləcəkdir. Bu mərhələdə iştirak hüququ əldə edən komandaların sayı 13-dür.