Qadın təyyarədə tualet qapısı əvəzinə başqa qapını açdı,


Dünya 11 İyn 2019 15:29:00 220 0

Qadın təyyarədə tualet qapısı əvəzinə başqa qapını açdı,

Sərnişin təyyarəsində maraqlı hadisə baş verib.

Son.az nypost-a istinadla xəbər verir ki, Mançester şəhərindən İslamabada uçan təyyarədəki sərnişinlərdən birinin səhvinə görə uçuş 8 saat təxirə salınıb.

"Pakistan International Airlines"a aid 702 nömrəli təyyarədəki qadın sərnişinlərdən biri təhlükəsizlik kəməri siqnalına əhəmiyyət vermədən yerindən qalxaraq tualetə doğru qaçıb.

Təyyarənin arxa tərəfindəki tualet qapısının bağlı olduğunu görən qadın səhvən onun yanındakı təhlükəsizlik çıxışı qapısını açıb.

Nəticədə sərnişinlərin təyyarədən sürüşərək düşməsi üçün nəzərdə tutulan hava ilə doldurulmuş sürüşkən açılıb.

Panikaya düşən digər sərnişinlər həmin sürüşkən vasitəsi ilə təyyarəni tərk ediblər.


Xəbərə aid foto